Körpənizin rahatlaması və fiziki inkişafı üçün ozonla təmizlənmiş, xlorsuz hovuzlarda hidroterapiya seansları təqdim edirik. 0-6 aylıq körpələr üçün individual hovuzlar, 6 yaşa qədər uşaqlar üçünsə suyu gündəlik yenilənən böyük spa hovuzlarında keçirilir. Bu seanslar, həm sağlam uşaqların ümumi inkişafını dəstəkləyir, həm də inkişaf ləngiməsi olan körpələrə kömək edir. Körpələr öz sərbəst hərəkətlərini kəşf edərək, suyun üzərində rahat və təhlükəsiz hərəkət edirlər.Hidroterapiya seanslarımız aeromasaj və hidromasajla daha efffektli hala gəlir.
