Bubbles Baby Spa - Haqqımızda
Körpələr üçün Sağlam və Sevgi Dolu Bir Başlanğıc
Biz Kimik?
Bubbles Baby Spa, 21 günlükdən başlayaraq körpələr və 10 yaşa qədər uşaqlar üçün hidroterapiya, gimnastika, masaj və fərdi üzgüçülük dərsləri kimi müxtəlif xidmətlər təqdim edir. Təcrübəli və sertifikatlı terapevtlərimiz tərəfindən həyata keçirilən bu seanslar, hər bir uşağın yaşına və ehtiyaclarına uyğun şəkildə fərdiləşdirilir.


2018-ci ildən etibarən fəaliyyət göstərən Bubbles Baby Spa, Azərbaycanda ilk uşaq spa mərkəzi olaraq körpələr və uşaqlar üçün unikal və peşəkar xidmətlər təqdim edir. Fəaliyyət göstərdiyimiz müddət ərzində 8000-dən çox körpə və 70,000-dən çox prosedur həyata keçirmişik. Əsas məqsədimiz, körpələrin fiziki və emosional inkişafını dəstəkləmək, onların sağlam və güvənli şəkildə böyüməsinə töhfə verməkdir.
Bubbles Baby Spa
Niyə Bubbles Baby Spa?
Peşəkar xidmət:
Hər bir körpə üçün individual yanaşma, təcrübəli və sertifikatlı terapevtlər tərəfindən təmin olunur.
Read more
Sağlam inkişaf
Hidroterapiya və gimnastika, körpələrinizin motor bacarıqlarını inkişaf etdirmək, onların ümumi sağlamlığını dəstəkləmək üçün mükəmməl bir yoldur.
Read more
Səlahiyyətli və etibarlı mühit
Bizim mərkəzdə bütün prosedurlar uşaq sağlamlığına uyğun olaraq aparılır, təhlükəsizlik hər zaman prioritetdir.
Read more
Təmizlik və dezinfeksiya
Mərkəzimizdə pilləli dezinfeksiya işləri aparılır, dezinfeksiya üçün nəzərdə tutulmuş maddələr seçilərkən onların uşaq sağlamlığına təsiri əsas prioritetimizdir.
Read more